Azərbaycan və Qətər Mərkəzi Bankları arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İnkişaf etməkdə olan bazar iqtisadiyyatları üçün Əl-Ula" adlı konfransı çərçivəsində Qətər Mərkəzi Bankının sədri H.E.Şeyx Bəndər Bin Məhəmməd Bin Səud Əl Tani ilə görüşdük. Görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlığın dərinləşdirilməsi imkanları, o cümlədən məlumat və təcrübə mübadiləsi müzakirə edilib", - deyə o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır