Bu ilin yanvar ayında Azərbaycanda neft kəmərləri ilə 3 209,5 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,8% azdır.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, nəqletmənin 72,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 2 319,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,7% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1%-i və ya 1 926,5 min tonunu Azərbaycanda hasil edilən neft (6,3% azalma), 16,9%-i və ya 392,6 min tonunu (8,9% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.
Qeyd edib ki, 2024-cü ildə BTC kəməri ilə nəql edilmiş neftin 82%-i və ya 24 172,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18%-i və ya 5 298,4 min tonunu (1,1% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır