Ötən il Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 258 min ton olub, bu da illik müqayisədə 1,4% çoxdur.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, hesabat dövründə yüklərin 15 277,6 min tonu və ya 46%-i dəmir yolu nəqliyyatı, 10 090,0 min tonu və ya 30,3%-i avtomobil nəqliyyatı, 7 890,4 min tonu və ya 23,7%-ii dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,6%-i və ya 18 840,1 min tonunu tranzit yüklər təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır