Azərbaycanla Asiya İnkişaf Bankı (ADB) arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini dayanıqlı, şaxələndirilmiş iqtisadiyyata və yaşıl artıma dəstək, özəl sektorun gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsallaşma və iqlim çağırışlarına uyğun biznes həllərinin stimullaşdırılması təşkil edəcək.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr ADB-nin Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə keçirdiyi görüşdə aparılıb.
Görüşdə Azərbaycan üçün ortamüddətli dövrdə sosial-iqtisadi inkişaf və investisiyaların təşviqi üzrə prioritetləri və ADB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının (2025-2029) əhatə edəcəyi sahələr nəzərdən keçirilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır