Azərbaycan və Səudiyyə Ərəbistanının Mərkəzi Bankları arasında innovativ texnologiyaların tətbiqi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Əl-Ula şəhərində keçirilən konfransda iştirak çərçivəsində Səudiyyə Mərkəzi Bankının monetar məsələlər üzrə sədr müavini Talal Əl-Humudla görüşdük. Görüşdə pul siyasətinin təkmilləşdirilməsi və ötürücülüyünün artırılması, eləcə də innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq. Həmçinin qurumlar arasında bilik və təcrübə mübadilələrinin təşkilinin artırılması ilə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır