Ötən il bağlanmış müqaviləyə uyğun olaraq, 20 yeni vaqonun alınması istiqamətində işlər aparılmalıdır.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər hər biri 5 vaqondan ibarət 4 qatar Bakıya gətiriləcək.
“Onların yığılması prosesi Bakıda, metropolitenin elektrik deposunda tamamlanacaq. 2026-cı ildə isə 10 yeni vaqonun alınması nəzərdə tutulub. Ümumiyyətlə, Dövlət Proqramında nəzərdə tutulmuş qaydada vaqon parkının genişləndirilməsi zəruri tələbdir. Yeni stansiyaların inşası qatarlara olan tələbatı müəyyən edir. Təbiidir ki, xətlər ayrılandan sonra həm Yaşıl, həm də Qırmızı xəttin öz depoları olacaq. Bənövşəyi xəttin 6 yeni stansiyasının tikilməsi isə burada da vəziyyəti tam dəyişəcək. Qatarların sayı əsaslı şəkildə artırılmalıdır. Buna görə “Xocəsən” elektrik deposunun ikinci mərhələdə inşası davam etdirilməli, təmir, qatarların gecələmə sahələri yaradılmalı, digər infrastruktur məsələlər həllini tapmalıdır”, - deyə o bildirib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır