Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirləri davam etdirilir.
ADY-dən "İki sahil"ə bildirilib ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür. Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.
Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır