Energetika Nazirliyi 2024-cü ildəki fəaliyyətinə əsasən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanı arasında 71,25 faiz göstərici ilə 3-cü yerdə qərarlaşıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş təqdimat mərasimində Nazirliyə müvafiq sertifikat təqdim olunub.
Qeyd edək ki, ötən il 67,81 faizlə 4-cü yeri tutan Energetika Nazirliyi xidmət keyfiyyətinin artırılması sahəsində atılan mühüm addımlar sayəsində ilk üçlüyə yüksəlib.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev