Azərbaycan və Monteneqro enerji sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu məsələ Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyevlə Monteneqronun dağ-mədən sənayesi, neft və qaz naziri Admir Şahmanoviç arasında keçirilən görüşdə müzakirə olunub.
"Monteneqroya səfərim çərçivəsində dağ-mədən sənayesi, neft və qaz naziri Admir Şahmanoviç ilə görüşməyimə şadam. Biz ikitərəfli enerji əməkdaşlığı və əlaqələrimizin möhkəmləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardıq", - azərbaycanlı diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır