İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında Azərbaycanın icma əsaslı şərabçılıq ənənələri təqdim olunur.
Dövlət Turizm Agentliyindən “İki sahil”ə bildirilib ki, ölkəmizin ikinci dəfə təmsil olunduğu sərgidə qastroturizm və enoturizm imkanları təbliğ olunaraq, qonaqlara şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliklik məhsulları tanıdılır. Yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən Xocavənd rayonunun Tuğ kəndindən toplanmış eyniadlı üzüm sortlarından hazırlanmış “Xındoqnı” şərabları və digər icma əsaslı şərablar təmsil edir.
Fevralın 25-dək davam edəcək sərgidə 1000-dən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən artıq ziyarətçinin iştirakı gözlənilir. “Slow Food” hərəkatının tərkib hissəsi kimi, “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır