İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü il ərzində daşınmaz əmlak üzərində 378 495 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Bu barədə İki sahil" dövlət xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstəricinin 64 454-ü (17%) ilkin, 314 041-i isə (83%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ildə fərdi yaşayış və bağ evi üzərində - 63 006, mənzil üzərində - 85 938, torpaq sahəsi – 216 583, qeyri-yaşayış binası – 3 397, qeyri-yaşayış sahəsi – 8 684, əmlak kompleksi - 826, çoxmərtəbəli yaşayış binası üzərində isə 61 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 96 268-i (25,4%) Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
2024-cü il ərzində 286 092 texniki pasport tərtib edilib, 73 809 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yol xəritələrinin icrası üzrə görüşlərə başlanılıb