Azərbaycanda qadınların iqtisadiyyatda iştirakı yaxşı səviyyədədir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Tahir Mirkişili “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” adlı konfransın ikinci panel sessiyasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda qadınların iqtisadiyyatda iştirakının təminatı istiqamətində vəziyyət bir çox ölkələrdən daha yaxşıdır.
Deputat bildirib ki, qadınların insan kapitalına çevrilməsində ailənin rolu çox böyükdür:
"Bir insan kapitalının formalaşması təqribən 20 il vaxt alır. Bəzən insan resursu və insan kapitalı ifadələrini qarışdırırıq. İnsan qazandığı bilik və bacarıq hesabına özünə iş tapa bilirsə, artıq insan kapitalı olur”.
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub