Azərbaycan və Somali arasında ikitərəfli iqtisadi əlaqələrin təşviqi və enerji sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub.
“İki sahil” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin müavini Anar Axundov Somalinin neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşündə aparılıb.
Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin inkişafına dəstək məqsədilə təmasların davam etdirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.
SOCAR və TPAO Azərbaycan, Türkiyə və üçüncü ölkələrdə yeni enerji layihələri üzərində işləyir - Alparslan Bayraktar
Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub