Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulmasının səbəbi açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov məlumat verib.
Nazir müavini bildirib ki, 1 led lampasının istifadə müddəti boyunca 10-dan çox közərmə lampası xarab olur: “İstehlakçı bunu görmür, qısamüddətli hesablama aparır. Buna görə inzibati müdaxiləyə ehtiyac yaranır. 1 led lampası 6 manatdır, 1 közərmə lampası 60 qəpikdir. Amma vətəndaş uzunmüddətli hesablama aparmır. Buna görə biz müdaxilə etməyə qərar vermişik. Bu müdaxilənin nəticəsi 1 ildə 30 milyon kub metr qaza qənaət, yəni Naxçıvanın 2 ay qazla təmin olunması deməkdir”.
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb
Media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib FOTOLAR
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib