Azərbaycanda 2015-ci illə müqayisədə enerji itkilərinin aşağı salınması ötən il 900 milyard kilovat/saat elektrik enerjisinə qənaət etməyə imkan verib.
“İki sahil” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, enerji itkilərinin dinamikası 2015-ci illə müqayisədə 14 %-dən 8,5 %-ə qədər azaldılıb: “Bu göstəricilər dünyanın qabaqcıl ölkələrinin nəticələrinə çatdırılmaqdadır. Nəzərə alınmalıdır ki, Azərbaycanda şəbəkələrin 60 %-nə qədərinin yenidən qurulmasına ehtiyac var”.
O qeyd edib ki, Azərbaycanda elektrik şəbəkələrinin əsas hissəsi ötən əsrin 20-60-cı illərində qurulub.
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb
Media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib FOTOLAR
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib