Azərbaycan və Bolqarıstan ikitərəfli iqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət yetirir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə deyib.
Rzayev xatırladıb ki, Bakı ilə Sofiya arasında diplomatik əlaqələr 33 il əvvəl qurulub və ötən dövr ərzində əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edib.
“2015-ci ildə ölkələr münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıran bəyannamə imzalayıb. 2024-cü ildə isə bu tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı bəyannamə imzaladıq ki, bu da əlaqələri yeni səviyyəyə çıxarıb və onun gələcək inkişafıni təmin edib”, - nazir müavini bildirib.
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb
Media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib FOTOLAR
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib