Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yükdaşımaların həcmi hər il artdığı üçün yük vaqonlarından ibarət fondun yaradılması məsələsi ortaya çıxıb.
“İki sahil” xəbər verir ki, bu sözləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosasiyasının baş katibi Heydər Abdikərimov təşkilatın Bakıda keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, Orta Dəhliz marşrutu üzrə vaqon fondunun formalaşdırılması, o cümlədən “Qazaxıstan Dəmir Yolu” tərəfindən Azərbaycan və Gürcüstan Dəmir Yolları üçün vaqon dəstəyinin təmin edilməsi məsələlərinə baxılmalıdır.
Baş katib nəzərə çatdırıb ki, “Qazaxıstan Dəmir Yolları” “Azərbaycan Dəmir Yolları” QSC-yə vaqon yardımı göstərəcək.
H.Abdikərimov çıxışında onu da bildirib ki, cari ildə assosasiyanın Çinin Siyan şəhərində ofisinin açılması da planlaşdırılıb: “Çində ofisin açılması Avropada və Asiyanın digər dövlətlərində tranzit və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin yükdaşıma işlərini asanlaşdıracaq”.
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb
Media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib FOTOLAR
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib