Sənaye 4.0 Mərkəzi bu il fəaliyyətə başlayacaq.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, sözügedən mərkəzdə texnologiya şirkətləri öz məhsullarını təqdim edəcəklər: "Sənaye üçün süni intellekt və digərləri ilə bağlı həllər öz əksini tapacaq.
Eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı baxımından 2030-cu ilə qədər 650 şirkəti sənaye 4.0 Hazırlıq Proqramından keçirməyi planlaşdırırıq.
Bu texnologiyalara onların əlçatanlığınının təmin edilməsi ilə bağlı dəstəyimizi göstərəcəyik".
Azərbaycan və Kamboca arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəaları razılaşdırılıb
Media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib FOTOLAR
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib