2025-ci ilin yanvar-fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub.
Bu barədə “İki sahil”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 114,1 milyon manatdan çox təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 204,7 milyon manata yaxın və ya 10,7 faiz artıb.
Ödənilən vergilərin 67,7 faizi qeyri-neft-qaz sektorunun, 32,3 faizi isə neft-qaz sektorunun payına düşüb.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR