Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.
Son nəticədə xarici ticarətdə 628,45 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR