Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 111 min 520,43 ton həcmində neft məhsulları ixrac edib.
"İki sahil"in Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 49 milyon 622,97 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi bu ilin yanvar-fevral ayları ilə müqayisədə 84,2 %, dəyəri isə 39,7 % artıb.
Ötən iki ayda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,04 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR