“BakıKart” mobil tətbiqində yaranmış nasazlıq artıq aradan qaldırılıb, vətəndaşların balansı bərpa olunub.
“İki sahil” xəbər verir ki, problem mobil tətbiqin yenilənmiş versiyada istifadəyə verilməsindən sonra həll edilib.
Xatırladaq ki, bu problem ötən ilin avqust ayından yaranmışdı.
“BakıKart” Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatdan istifadə üçün nəzərdə tutulub. Onun mobil tətbiqi vətəndaşlara balanslarını idarə etməyə və kartla ödəniş etməyə imkan verir.
Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib