Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat təşkil edib.
"İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 milyon manat və yaxud 15,1 % çoxdur.
Bundan başqa, rüb ərzində büdcəyə sair daxilolmalar 154,9 milyon manat olub. Bu isə 1 il əvvələ nisbətən 4,5 milyon manat və yaxud 2,8 % azdır.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR