Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4 milyard 380,6 milyon manat təşkil edib.
“İki sahil” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98,9 milyon və yaxud 2,3 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 28,3 %-i təmin olunub.
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq
Azərbaycan nəqliyyat infrastrukturuna yatırılan investisiyanın həcminə görə 32 ölkə arasında birinci olub