Aprelin 9-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Türk dünyasının ilk Beynəlxalq Riyaziyyat Olimpiadasında, “Əlaçı” intellektual oyununda və Respublika fənn olimpiadasında uğur qazanmış məktəblilərlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə icra başçısı ilə yanaşı YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Təhsil Sektorunun müdiri Kərim Kərimov, müəllimlər və məktəblilərin valideynləri iştirak ediblər.
Görüş zamanı sağlam ruhlu, intellektual, yüksək milli-mənəvi dəyərlərə malik gəncliyə sahib olmağın əhəmiyyətini diqqətə çatdıran icra başçısı həyatda özlərini təsdiq etməsi, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi üçün gənclərə öz faydalı tövsiyələrini verib. Eyni zamanda qalibləri təbrik edib, onlara təhsil sahəsində yeni nailiyyətlər arzulayıb. Görüşdə çıxış edən valideynlər dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Sonda qaliblərə “Fəxri Fərman”lar və qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Fövqəladə Hallar Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər