Azərbaycan QHT-ləri Ermənistanı Araz çayında ekoloji monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırıb.
“İki sahil” xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın rəhbəri Amin Məmmədov aprelin 10-da Bakıda Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycan çaylarını, bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsinə həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, rəsmi Bakı illərdir Ermənistanın Araz çayını çirkləndirməsini gündəmə gətirir:
"İndiyədək Azərbaycandan başqa heç bir ölkə mövcud problemi dilə gətirməmişdi. İndi isə İran tərəfinin "Payam media" platformasında Arazın çirklənməsi ilə bağlı məlumatlar dərc olundu. Nəşrdə qeyd edilib ki, çayın çirkli suyundan istifadə insanların mədə-bağırsaq xəstəliklərinin və xərçəngin yaranmasına səbəb olur".
A.Məmmədov bildirib ki, Ermənistanın özündə belə vətəndaş cəmiyyətləri bu məsələ ilə bağlı mövqelərini açıqlayıblar:
"Onlar mövcud problemə görə tənqidi fikirlər səsləndirdiklərindən Ermənistan hökuməti tərəfindən ciddi təzyiqlərə və təqiblərə məruz qalıblar. Biz vətəndaş cəmiyyəti olaraq Ermənistanı monitorinqlərin keçirilməsinə şərait yaratmağa çağırırıq. Bu monitorinqdə beynəlxalq bitərəf ekspertlər və azərbaycanlı mütəxəssislər də iştirak etməlidirlər".
YAP İdarə Heyətinin üzvü Rauf Əliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub - FOTO
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - VİDEO/FOTO/YENİLƏNİB
Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb