12 sentyabr 2017 15:21
282

Zakir Həsənov xatirə memorialını ziyarət edib

İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan “Yad Vaşem” memorial kompleksini ziyarət edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub, xatirə kitabını imzalayıb.