11 aprel 2025 09:00
318

44 yaşlı qadını avtomobil vurub

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

“VAZ 21099” markalı minik avtomobili yolu keçmək istəyən 44 yaşlı şəhər sakini Vəfa Mustafayevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.