11 aprel 2025 10:59
359

Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

Emin Abbasov Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi təyin olunub.

“İki sahil” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, bu postda Yeganə Əliyevanı əvəz edib.

E.Abbasov bu təyinatadək Salyan Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinin müdiri işləyib.