Mülkiyyətdə olan evin ekskavatorla sökülməsi qanunsuz addım idi. Amma bu zaman məlum oldu ki, sahibkarların da hüquqlarının müdafiəsi vacibdir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, sahibkarlar 16 min mənzil sökürlər, 70 insanla razılaşırlar, 1-2-si ilə razılaşa bilmədikdə problem yaranır:
“Nəticədə tikinti başlamır. O zaman tikiləcək mənzillər də rentabelli olmur. Evin sahibi onu baha satmaq istəyir, amma qiymət reallığa uyğun olmalıdır. Beləliklə, optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır”.
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib