Milli Məclis Bakı və Sumqayıt apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatını təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə olunub.
Sənədə əsasən, Zəfər Vahid oğlu Əhmədovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Bundan başqa, sənəddə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb.
Bununla bərabər, Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu və Sarıyev Xəyal Əjdər oğlunun Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.
Qərarda Muxtarov Kamran Nüsrət oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub), Məmmədov Elçin Qüdrət oğlu (Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub) Sumqayıt Apellyasiya Məhkəməsinə təyin edilməsi də yer alıb.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib