11 aprel 2025 13:13
471

Həsənrizə yola salınan növbəti köç karvanı kəndə çatıb

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

“İki sahil” xəbər verir ki, Həsənriz kəndinə köçün 3-cü mərhələsində 20 ailə köçürülüb.

Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 70 ailə (238 nəfər)  köçürülüb.