11 aprel 2025 14:09
633

Siyəzəndə məktəb-liseyin müəllimi vəfat edib

Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin rus dili müəlliməsi Humay Nəsirli vəfat edib.

Humay Nəsirli bu gün səhər saatlarında dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etməsi ilə bağlı məlumat yoxdur. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Qeyd olunub ki, H.Nəsirli ailəli idi və bir azyaşlı qız övladı var.

Aydın Adıgözəlov,
Quba "İki sahil" üçün