Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.
Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sülh Sazişi mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edilib.
Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib