Bu ilin payız aylarında Bakıda Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünün təşkili nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.
C.Bayramov deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən önəmli qurumdur: “Bu gün "TDT: Unikal əməkdaşlıq modeli" adlı paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da iştirak etdi. Bir sıra mühüm məsələlər müzakirə olundu.
TDT bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, bu yaxınlarda Macarıstanda təşkilatın növbəti, qeyri-rəsmi zirvəsinin keçirilməsi planlaşdırılır”.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib