“Şimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
Ölkələr arasında çox yaxşı qardaşlıq münasibətlərinin mövcudluğuna toxunan azərbaycanlı diplomat Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycanda səfərdə olduğunu bildirib:
“Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv statusuna malik olan Şimali Kiprin təşkilat daxilindəki fəaliyyətini bundan sonra da dəstəkləyəcək. Məsələyə daha geniş yanaşsaq, Şimali Kipr ilə Yunanıstan tərəfinin hüquqları ədalətli şəkildə təmin edilməlidir. Bütün amillər, o cümlədən tarixi, əxlaqi və beynəlxalq hüquq nəzərə alınmalıdır. Yalnız bu şəkildə nizamlanma yolu tapmaq olar. Əminik ki, bu məsələ həll olunacaq. Şimali Kiprli qardaşlarımız bu məsələdə Azərbaycanın dəstəyinə hər zaman əmi ola bilərlər”.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib