Növbəti illərdə Qarabağ Universitetində 10 fakültə fəaliyyət göstərəcək.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.
Nazir bildirib ki, bu il Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsi fəaliyyətə başlayacaq. 2030-cu ilə qədər Qarabağ Universitetinin turizm, incəsənət musiqi fakültələri Şuşada, kənd təsərrüfatı fakültəsi Xocalıda fəaliyyətə başlayacaq.