Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə qaz satışı 2,3 milyard kubmetr təşkil edib.
"İki sahil" bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.
Lakin hesabat dövrü ərzində TANAP-la Türkiyəyə qaz ixracında artım qeydə alınıb.
Belə ki, bu ilin yanvar-mart aylarında TANAP-la Azərbaycandan Türkiyəyə qaz ixracı 7,7% artaraq 1,4 kubmetrə çatıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib.
Qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 6,8 milyard kubmetri “Şahdəniz”in, 0,4 milyard kubmetri “Abşeron” yatağının, 2 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR