Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun bu şəhərin tarixi yerlərinə ekskursiyası təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əsgərlər Gəncə Qala Qapılarını, “İmamzadə” dini-memarlıq kompleksini, böyük şair Nizami Gəncəvinin məqbərəsini və dahi mütəfəkkirin muzeyini, eləcə də Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev-muzeyini ziyarət ediblər.
Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olub, Gəncənin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənət abidələri, yüksək mədəniyyəti, bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər.