Bakıda aprelin 28-də Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qurumun 4 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
A.Əliyeva bildirib ki, bu il Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur, azad edilmiş ərazilərdə fəaliyyət gücləndiriləcək.
O həmçinin xatırladıb ki, Agentlik regional miqyaslı layihələrin də icrasına başlayıb:
"Bu ilin martında Bakıda İraq, Suriya və Türkiyədən olan türkman QHT-lərinin forumu təşkil olunub. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzura da səfər etmiş türkman vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycandan yüksək təəssüratlarla ayrılıb. Türk dünyası ilə genişləndirilən fəaliyyətin davamı olaraq, qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan QHT-ləri üçün iki qardaş dövlətin ilk dəfə birgə qrant müsabiqəsinin elan olunması gözlənilir, bu istiqamətdə müvafiq iş aparılır".
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib