Mərakeş və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi artmaqda davam edir.
“İki sahil” xəbər verir ki, bunu “Report”un Xankəndiyə ezam olunmuş əməkdaşına açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib.
O qeyd edib ki, iki ölkə arasında viza rejiminin ləğvindən sonra turizm sahəsində də ciddi artım müşahidə olunub:
“Bu bizi çox sevindirir. İnsanlar artıq Mərakeş barədə yalnız “Klon” serialında gördükləri ilə kifayətlənmirlər, həm də gedib ölkəmizi kəşf edirlər. Eyni zamanda, Mərakeş vətəndaşları da Azərbaycana gəlir və bu gözəl ölkə ilə tanış olurlar. İnsanların gəlib ölkəni görməsi vacibdir, lakin onların yenidən qayıtması daha da önəmlidir”.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib