Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə bildirilib ki, iclaslarda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.
Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Şura iclasında müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.
Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar Assambleyanın 58-ci plenar və yaz sessiyasının komissiya iclaslarında iştirak və çıxış ediblər.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib