Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 101,3 % və yaxud 126 milyon manat səviyyəsində icra olunub.
“İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,7 % və yaxud 27,3 milyon manat çoxdur.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri faktiki büdcə xərclərinin 1,6 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin dövlət büdcəsindən bu sahəyə 621,78 milyon manat ayrılması nəzərə tutulub.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR