Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir.
“İki sahil” xəbər verir ki, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir:
“Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə, bu gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir izah və səbəb görmürük”.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib