Sumqayıt şəhərində ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb”, – məlumatda qeyd olunub.
YAP Masallı rayon təşkilatı “Veteranlarımız” layihəsi çərçivəsində şair Arif Fərzəlinin 70 illik yubileyinə həsr olunmuş görüş keçirib
FHN bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib