Toydan 2 yaşlı uşağı qaçıran şəxsi polis saxlayıb.
“İki sahil” xəbər verir ki, aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb.
Məlumata görə, 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.
Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
YAP Masallı rayon təşkilatı “Veteranlarımız” layihəsi çərçivəsində şair Arif Fərzəlinin 70 illik yubileyinə həsr olunmuş görüş keçirib
FHN bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib