08 sentyabr 2017 23:00
343

Cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirilib

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” səyyar təbliğat dəstəsi cəbhə bölgəsində əsgərlərlə növbəti görüş keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçularla keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, tibbi xidməti, qidalanması və digər mövzularda söhbətlər aparılıb.

Səyyar təbliğat dəstəsinin texniki təbliğat vasitələrinin imkanlarından istifadə olunmaqla ön xətdə yerləşən hərbi qulluqçular üçün musiqi nömrələri və hərbi-vətənpərvərlik mövzusunda filmlər nümayiş edilib.