Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.
“İki sahil” xəbər verir ki, DİDK nümayəndə heyəti və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Tbilisi şəhərindəki Heydər Əliyevin adını parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyini ziyarət edən nümayəndə heyətinin, həmçinin Marneuli, Bolnisi, Dmanisidə rayon rəhbərliyi, eləcə də bu rayonlarda fəaliyyət göstərən icma mərkəzlərində görüşlər keçiriblər.
Nümayəndə heyətinin üzvlərinin səfəri davam edir.
Onların Rustavi, Saqareco, Qardabani və Laqodexi rayonlarında fəaliyyət göstərən icma mərkəzləri və adıçəkilən rayonların rəhbərliyi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib