23 aprel 2025 09:55
249

Çinli ekspert: Prezident İlham Əliyevin Çinə səfəri mühüm əhəmiyyət kəsb edir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Çinə səfəri iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu Pekində jurnalistlərə açıqlamasında Çinin İctimai Elmlər Akademiyası nəzdində Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Tədqiqatlar Mərkəzinin rəhbərinin müavini elmlər doktoru Yan Tzin bildirib.

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü olub. Bu bizim diplomatik əlaqələrimizin daha da güclənməsi baxımından çox önəmlidir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, səfər səmərəli olacaq və strateji tərəfdaşlığın daha da inkişafına töhfə verəcək”, - deyə o bildirib.

Yan Tzin Azərbaycanın Çinin köhnə dostu olduğunu diqqətə çatdırıb.

“Ötən il “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə” imzalanıb. Bu bizim əlaqələrin gücləndirilməsi baxımından vacib sənəddir”, -deyə o əlavə edib.

Trend