Çin-Azərbaycan münasibətləri daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq möhkəm və sabit olaraq qalır.
“İki sahil” Çin KİV-lərinə istinadla xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib.
"Hər iki ölkə diplomatik münasibətlərin qurulmasının ilkin niyyətini həmişə xatırlayır. Çin və Azərbaycan qarşılıqlı hörmət, ədalət və qərəzsizlik, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalır. Hər iki tərəf siyasi qarşılıqlı etimadı gücləndirməyi, praktiki əməkdaşlığı dərinləşdirməyi, beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi davam etdirməlidir. Eyni zamanda hərtərəfli əməkdaşlığın yeni səhifəsini açmalıdır", - o qeyd edib.
ÇXR lideri iki ölkə arasında əməkdaşlığın inkişafının vacibliyini qeyd edib.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib